“Neftçi” seriyanı qırmaq arzusundadır

08.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının VII turunda “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi bu mövsüm üçüncü ev oyununa çıxacaq.

“Ağ-qaralar” “Palms Sports Arena”da buna qədər iki qələbə qazanıb. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv “Araz-Naxçıvan”ı 5:0, “Şəfa”nı isə 4:1 hesabıyla məğlub edib.

Matça azarkeş marağı böyükdür. Oyuna bir gün qalmış artıq 5000-dən çox bilet satılıb. “Neftçi” fanatları son illərin ən yaxşı startını edən komandalarını anşlaqla qarşılayacaq.

“Sabah” isə bu mövsüm dördüncü dəfə səfərdə meydana çıxacaq. “Bayquşlar” bunadək keçirdiyi üç görüşü də qələbə ilə başa vurub. Valdas Dambrauskasın yetirmələri yoluna məğlubiyyətsiz davam edir.

Komandalar arasında baş tutan son görüşdə “Neftçi” qələbə qazanıb. “Ağ-qaralar” “Bank Respublika”dan 2:1 hesablı qalibiyyətlə dönüb.

Paytaxt təmsilçisi bu rəqiblə son beş ev matçında isə qələbə qazana bilməyib. “Neftçi” azarkeşləri önündə uğursuz seriyasını qırmağa çalışacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью