Neftçi Sloveniyada ilk matçına çıxır

02.07.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni mövsümə və UEFA Konfrans Liqasına hazırlığını Sloveniyada davam etdirən "Neftçi" sözügedən ölkədə bu gün ilk yoxlama matçına çıxacaq. 

Fanat.Az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu "ağ-qaralar" təlim-məşq toplanışını çərçivəsində Rumıniyanın "ÇFR Kluj" komandası ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Sloveniyanın Moravske Toplitse şəhərində məskunlaşan paytaxt təmsilçisi iyulun 14-dək davam edəcək hazırlıq müddətində daha 3 oyunda qüvvəsini sınayacaq. "Ağ-qaralar" iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya) və 13-də "Osiyek" (Xorvatiya) ilə qarşılaşacaq.

UEFA Konfrans Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Neftçi" "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. Matçlar iyulun 23-də və 30-da keçiriləcək.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью