Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəni dayandırıb.
Futbolpress.az xəbər verir ki, Bakı klubu yarımfinalda Kanada millisi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsiylə başa çatıb – 12:22.
“Neftçi SOCAR” daha öncə 1/4 finalda Tailand millisini 19:12 hesabı ilə üstələmişdi.