Neftçi SOCAR Dünya Qadın Seriyasının Takasaki mərhələsində mübarizəyə başlayır

29.08.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəyə başlayır.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunda mübarizə aparacaq.

"Ağ-qaralar" ilk olaraq Yaponiya yığması ilə, daha sonra yerli "Takasaki" klubu ilə üz-üzə gələcək.

Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Xatırladaq ki, 23 mərhələnin nəticələrinə əsasən, "Neftçi SOCAR" 612 xalla üçüncü yerdədir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью