“Neftçi SOCAR” mübarizəni dayandırdı

19.07.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadınlardan ibarət “Neftçi SOCAR” 3x3 basketbol komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Sloveniya yığması ilə qarşılaşıb.

Görüş rəqibin 13:10 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi SOCAR” qrup mərhələsində bundan əvvəl iki oyun keçirib. Komanda Çexiyanın “Praqa” klubuna 18:14 hesabı ilə qalib gəlib, Litva millisinə isə 16:21 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra Bakı təmsilçisi 1/4 finala vəsiqə qazanıb. 

Sloveniya ilə qarşılaşmadakı məğlubiyyətdən sonra “Neftçi SOCAR” Bakı mərhələsində çıxışını başa vurub.

Millimiz Avropa çempionatını 11-ci pillədə tamamladı Millimiz Rumıniyanı məğlub etdi Ölkə çempionatının başlama tarixi müəyyənləşib Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü oktyabrın 3-də başlayacaq Amil Həmzəyev “Neftçi”dən ayrıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью