Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün 3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizə aparacaq.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçiriləcək yarışın qrup mərhələsində ilk olaraq Fransa ilə qarşılaşacaq. Matç 12:45-də start götürəcək.
“Neftçi SOCAR” daha sonra müvafiq olaraq Niderland (14:50) və Almaniya (16:55) ilə üz-üzə gələcək.
Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.