Neftçi SOCAR yarımfinalda məğlub olub

06.09.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununu keçirib. Sport24.az Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın yarımfinal mərhələsində Fransa komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 15:13.

"Ağ-qaralar" daha əvvəl 1/4 finalda Monqolustanın "Ulan-Bator Amazons" kollektivinə qalib gəlmişdi - 21:18.

Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью