Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Neftçi" növbəti matça hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, məşqlər "Palms Sports" Futbol Mərkəzində təşkil olunur.
Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlaşan komanda üzvləri bu gün ikitərəfli oyun keçiriblər.
Hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməsə də, B komandadan 6 oyunçu məşqlərə cəlb olunub.
Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında növbəti matçını doğma meydanda oktyabrın 9-da saat 19:30-da "Sabah"a qarşı keçirəcək.