Neftçi Sumqayıt matçı qar səbəbindən təxirə salınacaq?

21.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasının XXIV turunun açılış matçı olan "Neftçi" - "Sumqayıt" oyunu qar səbəbindən təxirə salına bilər.

Bu barədə Oxu.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat katibi Sənan Abdullayev bildirib.

"Səhər saatlarından hər şey diqqət mərkəzindədir. İlk olaraq "Neftçi Arena"ya əlbəttə diqqət ayırmışıq. Stadionun saat 14:00-dək hazır vəziyyətə gətirilməsinə çalışılacaq. Plana uyğun hərəkət edirik", - deyə S.Abdullayev qeyd edib.

Qeyd edək ki, qarşılaşma təxirə salınmayacağı təqdirdə saat 19:00-da start götürəcək.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью