Neftçi Sumqayıtla oyuna itkilərlə çıxacaq

07.12.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi" Misli Premyer Liqasının 16-cı turunda keçiriləcək “Sumqayıt”la oyuna itkilərlə çıxacaq. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Zədəli Emin Mahmudov oyunöncəsi məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb. Onlardan əlavə, cəzalılar – Yuri Matias və Edvin Kuç da “Sumqayıt”la matçı buraxacaqlar.

Qeyd edək ki, sözügedən oyun sabah saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью