Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə "Dinamo Minsk" rəqib olacaq.
Fanat.Az Azərbaycan klublarının Belarus təmsilçiləri ilə avrokuboklarda indiyə qədər keçirdiyi görüşlərin statistikasını təqdim edir.
Püşk tərəfləri 2 tsikldə qarşılaşdırıb. Sözügedən ölkə klubları bizimkilər üçün uğursuz olub. Ümumilikdə keçirilən 4 oyundan 2-də sevinən tərəf qarşı tərəf olub, 2-də isə heç-heçə qeydə alınıb. Başqa sözlə, təmsilçilərimiz Belarus komandalarına qalib gələ bilməyiblər. Hər iki cəhddə belaruslular mərhələ adlayıblar.
2011/12 mövsümündə "Minsk" AZAL-ı, 2018/19-da isə BATE "Qarabağ"ı iki oyunun yekununa görə mübarizədən kənarlaşdırıb.
2011/12
AZAL - Minsk (Belarus) 1:1
Minsk (Belarus) - AZAL 2:1
2018/19
Qarabağ - BATE (Belarus) 0:1
BATE (Belarus) - Qarabağ 1:1
Qeyd edək ki, "Neftçi" "Minsk"lə ilk görüşünü iyulun 23-də Bakıda keçirəcək, cavab oyunu isə ayın 30-da baş tutacaq.
Əlisahib İbrahimli