“Neftçi” Tovuz səfərində statistika nə deyir?

28.11.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən turda “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra baş məşqçisi Samir Abasovu istefaya göndərən “Neftçi” bu gün çempionatda “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionunda baş tutacaq matça saat 18:30-da start veriləcək.

“Neftçi” Premyer Liqada uğursuz mövsüm keçirir. “Futbol ili”nin əvvəlində heyətini yeniləyən və bir neçə legionerlər güclənən “ağ-qaralar” gözləntiləri qarşılamır. Komanda çempionatda son 5 matçda cəmi 2 qələbə qazanıb. 2 dəfə uduzan paytaxt klubu bir görüşdə də heç-heçə edib. Komandanı bugünkü matça akademiyanın koordinatoru Sənan Qurbanov çıxaracaq. Mütəxəssis daha əvvəl “Qəbələ” və “Keşlə”də (indiki “Şamaxı”) baş məşqçi olub və kifayət qədər Premyer Liqa təcrübəsi var.

“Turan Tovuz” isə son 5 oyunda cəmi 1 dəfə uduzub. Son iki turu heç-heçə ilə başa vuran tovuzlular öncəsində məğlubiyyətlə üzləşib.

Komandalar arasında ilk dövrədə baş tutan oyunda “Turan Tovuz” minimal hesablı qələbəyə sevinib.

12 turdan sonra “Neftçi” 15 xalla 8-ci sıradadır. Tovuz klubu isə 23 xalla üçüncüdür.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью