Neftçi Tovuza 1 itki ilə yollandı

04.03.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını başa vurub.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər. Futbolçu Andrey Ştoqrin zədə səbəbindən “Kəpəz”lə görüşü buraxacaq.

Martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью