Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, ikinci oyun gününün ilk görüşündə "Turan Tovuz" doğma meydanda "Neftçi" üz-üzə gəlib.
Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Günün digər oyunu "Səbail"lə "Zirə" arasında keçiriləcək.
Daha öncə "Kəpəz" - "Sumqayıt" matçında heç-heçə (0:0) qeydə alınıb.
"Şamaxı" - "Sabah" və "Qarabağ" - "Araz-Naxçıvan" oyunları isə sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası 18-ci tur 21 dekabr "Turan Tovuz" - "Neftçi" 1:1 Qollar: Aleks Souza, 54 - Filip Ozobiç, 45.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev. Tovuz şəhər stadionu, 16:00.
Milli.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.