Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Neftçi” heyətini yeni müdafiəçi ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” “Başakşəhər”dən Albert Axua Qomeslə anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bakı klubu qambiyalı futbolçunu mövsümün sonuna kimi icarəyə götürəcək.
Anlaşmada Albertin birdəfəlik transfer edilməsi ilə bağlı bənd də yer alacaq.
Qomez 2025-ci ilin yayında “Falkons FC”dən “Başakşehir”in U-19 komandasına keçib. O, hələlik Super Liqada debüt etməyib.