“Neftçi” üçün kritik sınaq

21.12.2024

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Neftçi” Azərbaycan Premyer Liqasının XVIII turunda bu gün “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək.

Tarixinin ən pis dönəmini keçirən “Neftçi” mövsümün ən vacib oyunlarından birinə çıxacaq. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Tovuz səfərində qələbə qazanmaqla üçüncü sıradakı komanda ilə fərqi 12-yə endirəcək və qismən də olsa, avrokuboklara vəsiqə şanslarını saxlamış olacaq. Paytaxt təmsilçisi hazırda 16 xalla 7-ci sırada qərarlaşıb. Komandalar arasında bu mövsüm Bakıda tutan görüş qolsuz bərabərliklə başa çatıb. “Neftçi” sonuncu dəfə Tovuzda bu rəqibi 2023-cü ilin sentyabrında məğlub edib – 1:0.

“Turan Tovuz” isə qış fasiləsinə üçüncü sırada yollanmağı təmin edib. Ən yaxın izləyicisi “Zirə”ni 4 xal qabaqlayan tovuzlular rəqibə nisbətən oyuna daha rahat çıxacaq. Azarkeş amili və süni örtüklü meydança “Turan Tovuz”a az da olsa, üstünlük yaradır. Tovuz səfəri istənilən komanda üçün çətin keçir və yerli publikanın böyük dəstəyini hiss edən “Turan Tovuz” hər rəqibə qorxulu anlar yaşada bilir. “Neftçi” üzərində qazanılacaq qələbə komandanın fasiləyə daha xoş əhvalda yollanmasına səbəb olacaq. Tovuzluların turnir cədvəlindəki mövqeyi heç-heçəyə məmnun olmağa bəs edir.

Komandalar arasında keçirilən son 5 oyunda 2 heç-heçə qeydə alınıb. 3 görüş isə “Neftçi”nin qələbəsiylə yekunlaşıb.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi” Tovuz səfərində, “Zirə” “Səbail”ə qarşı – YENİLƏNİR

21 Dekabr 2024, 8:00

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” “Turan Tovuz”la oyunöncəsi son məşqə çıxdı

20 Dekabr 2024, 21:22

Dünya futbolu, Əsas xəbərlər Qriqorçukun yeni iş yeri məlum oldu

19 Dekabr 2024, 8:34

Əsas xəbərlər, Ümumi idman “Neftçi”nin güləş zalı yenidən istifadəyə verildi

18 Dekabr 2024, 10:22

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” üçün seminar

17 Dekabr 2024, 16:29

Əsas xəbərlər, Manşet, Müsahibə Matias: “Çox utanıram” (MÜSAHİBƏ)

17 Dekabr 2024, 14:14

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью