Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Neftçi” milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə müddətində yoxlama matçı keçirəcək.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” “Araz-Naxçıvan” klubu ilə qarşılaşacaq. Oktyabrın 2-də “Palms Sports” Futbol Mərkəzində baş tutacaq görüş saat 15:30-da start götürəcək. “Neftçi” 6 turdan sonra 15 xalla çempionatda birinci sıradadır. “Araz-Naxçıvan” isə 2 xalla sonuncudur.