“Neftçi” üçün SOS

24.11.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarabağ – Neftçi 2:0
Neftçi – Turan 0:1
Neftçi – İmişli 2:3

12 tura 3 məğlubiyyət “Neftçi”nin sanına yaraşmır. Yenə “Qarabağ” və “Turan”ı anlamaq olardı, debütant “İmişli”yə doğma meydanda uduzmaq işlərin kökündən yanlış qurulduğuna bariz işarədir.

“Neftçi” mövsümə “İmişli”dən qat-qat böyük maliyyə ilə başladı. Bölgə təmsilçisi isə hazırda üç ən aşağı büdcəyə malik klubdan biridir və heyətindəki yerli futbolçuların hamısı “heç yerdə lazım olmayan” kateqoriyasında idi…

“Neftçi” niyə düzəlmir?

Uzun məsələdir. Ancaq üzdə olan ən qabarıq problem Samir Abasovdur. O, ötən mövsümkü uğursuzluğa görə bağışlandı, bu il daha da betər oldu.

Deməli, Abasov düz etmədi. Üstəlik, getdikcə inkişaf etməkdənsə, geri getdiyini hər formada büruzə verir.

“Neftçi”nin dərdi Abasov boyda deyil, amma yaxın perspektiv üçün dəyişikliklər məhz baş məşqçi postundan başlamalıdır.

Bəs bu dəyişiklik olsa, “ağ-qaralar” ağ günə çıxaxaqmı?

Ümid yoxdur. Səbəb:

– İctimai açıqlıq yetəri deyil
– ⁠Transfer siyasətinin səhihliyi şübhəlidir
– ⁠İdarəçiliklə meydandakı işlərə cavabdehlər arasında münasibətlər yaxşı görünmür

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью