“Neftçi” üçün yeni əməkdaş

18.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Neftçi” və “Aerowingo” arasında 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb.

Futbolpress.az xəbər verir ki, anlaşmaya əsasən, “Aerowingo” növbəti üç mövsüm ərzində klubun rəsmi səyahət tərəfdaşı (Official Travel Partner) olacaq. Eyni zamanda, şirkətin loqosu komandanın rəsmi oyun formalarının arxa hissəsinin aşağı bölməsində yer alacaq.

Əməkdaşlıq çərçivəsində “Aerowingo” klubun qış təlim-məşq toplanışlarının əsas tərəfdaşı kimi çıxış edəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq layihələrinin, rəqəmsal kommunikasiya kampaniyalarının və azarkeşlər üçün nəzərdə tutulan xüsusi təşəbbüslərin birgə həyata keçirilməsini təmin edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью