Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Neftçi” və “Dübrar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Futbolpress.az xəbər verir ki, anlaşmaya əsasən, “Dübrar” klubun rəsmi su tərəfdaşı olacaq. Eyni zamanda, şirkətin loqosu komandanın rəsmi oyun şortlarının arxa hissəsində yer alacaq.
Əməkdaşlıq çərçivəsində “Dübrar” klubun içməli su ilə təminatını həyata keçirəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq və kommunikasiya layihələri çərçivəsində birgə fəaliyyət göstərəcəklər.
“Neftçi” Misli Premyer Liqasında 5 turdan sonra 12 xalla ikinci sıradadır.