Neftçi uduzdu

11.12.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son oyununda “Murov Az Terminal” "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Qeyd edək ki, ötən gün “Xilasedici” MOİK-i, "Azərreyl" isə "Gənclər" komandasını 3:0 hesabı ilə yenib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью