futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” Misli Premyer Liqasının XIII turunda “Zirə”ni qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq görüşə saat 19:00-da start veriləcək.
Futbolpress.az xəbər verir ki, komandalar arasındakı son 5 görüşün 3-də heç-heçə qeydə alınıb. Digər matçlarda “Zirə” qələbə qazanıb.
“Neftçi” sonuncu dəfə “qartallar”a ötən ilin fevralında qalib gəlib.
Tərəflər arasında Zirədə baş tutan son üç görüşdə isə meydan sahibləri bir dəfə qələbə qazanıb, digər ikisi isə heç-heçə ilə yekunlaşıb.
Sabahkı görüşün favoriti “Neftçi”dir. Bu mövsüm çempionluq iddiası ilə yoluna davam edən “ağ-qaralar” turnir cədvəlində liderdir. Bakılılar ən yaxın izləyicisi “Sabah”ı 3 xal qabaqlayır.
“Zirə” isə qeyri-stabilliyi ilə diqqət çəkir. Rəşad Sadıqovun yetirmələri ötən turda “İmişli” ilə heç-heçə edib. “Qartallar” 2:0 hesablı üstünlüyünü qoruya bilməyərək matçı heç-heçə ilə başa vurub.
“Zirə” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qəsəbə klubu ən yaxın izləyicisi “Kəpəz”i iki xal qabaqlayır.
Şahin Cəfərov