Neftçi uğursuz start seriyasına son qoyub

17.08.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Neftçi" Misli Premyer Liqasında uğursuz start seriyasına son qoyub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ardıcıl 3 mövsümə qələbəsiz başlayan Bakı klubu I turda səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar" sonuncu dəfə 2022/2023 mövsümünə qələbə ilə başlayıb. Həmin vaxt paytaxt təmsilçisi səfərdə "Şamaxı"nı 1 qolla məğlub edib.

"Neftçi"nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində 4:1 hesablı ev qələbəsi əldə olunub.

Qeyd edək ki, Bakı klubu startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarıb. 2001/2002 mövsümündə "Ümid"in qonağı olan "Neftçi" 4 cavabsız qolla qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью