Neftçi ümumi seriyada Sabah a çatdı

08.05.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün həlledici mərhələnin 4-cü matçı baş tutub.
Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkib. Qarşılaşma Bakı İdman Sarayında keçirilib. “Sabah” 3-cü qələbə ilə çempionluğa bir addım da yaxınlaşmaq, “Neftçi” seriyadakı hesabı bərabərləşdirməyə çalışıb.
İlk dəqiqələrdən üstünlük qazanan "ağ-qaralar" sonadək bundan istifdə edib. Fərqli qələbə qazanan "Neftçi" seriyada hesabı bərabərləşdirib.
Qeyd edək ki, seriyanın 5-ci qarşılaşması mayın 11-də baş tutacaq.
Azərbaycan Basketbol Liqası
Final, 4-cü oyun
8 may
Neftçi - Sabah 84:66 (20:12, 22:16, 18:16, 24:22)

Bakı İdman Sarayı
Seriyada hesab – 2:2

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью