“Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?

15.06.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Qış fasiləsindən sonra premyer-liqada turnir cədvəli çox fərqli vəziyyət aldı. Yuri Vernidubun gəlişindən sonra “Neftçi” canlandı, adına layiq oyun göstərməyə başladı. Ukraynalı mütəxəssis komandanı avrokuboklara daşıdı.

“Ağ-qaralar”ın son mövsümdəki çıxışından danışırıqsa, Freddi Varqasın adın çəkməmək olmaz. Venesuelalı sol cinah yarımmüdafiəçisi heyətə bu mövsümün əvvəlində qoşulmuşdu. “Makkabi”yə məxsus Varqas icarə əsasında çıxış etdiyi “Neftçi”də qışdan sonra xarüqələr yaratdı. 5 qol, 8 məhsuldar ötürmənin müəllifi olan Freddinin bu yay icarə müddəti başa çatacaq.
“Transfermarkt.com” saytının məlumatına görə, onun dəyəri 600 min avrodu. Lakin İsrail klubu venesuelalı futbolçu üçün 900 min dollar tələb edir. Flaqman Konfrans Liqasında uğur qazanmaq istəyirsə, kisənin ağzın açmalıdı.
Əlavə edək ki, “Turan Tovuz”un getməməsi təsdiqlənsə, “Neftçi” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
İSRAYIL XEYRULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью