Neftçi Varqasın transferi üçün Makkabi yə nə qədər ödəyib? Bəlli oldu

03.08.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi"nin Venesuela millisinin hücumameyilli yarımmüdafiəçisi Freddi Varqası hansı məbləğ qarşılığında transfer etdiyi bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" "Makkabi"yə (Netanya) 450 min avro pul ödəyiblər.

Ötən mövsüm Bakı klubunun formasını icarə əsasında geyinmiş 27 yaşlı oyunçunun özünün də təkidi sayəsində israillilər onu daha öncə tələb etdikləri məbləğin yarısına satmağa razılaşıblar və Azərbaycan təmsilçisi Freddi ilə  2+1 illik müqavilə bağlayıb.

Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvador yığması ilə matça çıxıb. Ölkəsinin "Deportivo Lara" klubunun yetirməsi olan Freddi daha öncə ABŞ-də də legioner həyatı yaşayıb. Geridə qalan mövsümdə "Neftçi"nin heyətində Misli Premyer Liqasında 31 matça çıxan orta xətt oyunçusu 5 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 900 min avro məbləğində dəyərləndirir.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью