Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, 5-ci turda Rumıniyada “Universitatiya” komandasının qonağı olan Murad Dikmənin baş məşqçisi olduğu kollektivi 96:105 hesabı ilə uduzub.
Xatırladaq ki, “Gəncə” yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi “Kolossos”a (62:80) və Türkiyənin “Esenler Erokspor” klubuna uduzub – 63:92. Komanda evdə Portuqaliyanın “Sportinq” komandasını 69:67 hesabı ilə üstələyib.
H qrupunda Bolqarıstanın “Lokomotiv” kollektivinin qonağı olan “Neftçi” də bu rəqibinə 72:76 hesabı ilə məğlub olub. Oyun Plovdiv şəhərində keçirilib.
Xatırladaq ki, “Neftçi” qrupda keçirdiyi əvvəlki dörd görüşdə məğlub olub. Komanda “Fribur Olimpik”ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi “Mikonos”a 58:78, Latviyanın VEF kollektivinə 94:110, “Oradya”ya (Rumıniya) 83:99 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi