“Neftçi” və “Qarabağ” cərimələndi, “Turan Tovuz”a xəbərdarlıq edildi

03.12.2024

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

“Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 52.1);

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 43.7) ;

“Neftçi” – “Qarabağ” oyunu “Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 60.4);

“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

Əsas xəbərlər, Ölkə futbolu II Liqa klubları cərimələndi

2 Dekabr 2024, 15:42

Əsas xəbərlər, Ölkə futbolu FIFA referisi “Zirə”nin oyununda

2 Dekabr 2024, 12:46

Əsas xəbərlər, Ölkə futbolu Kərimovdan sərt ittiham: “Haqqımızı yedilər”

29 Noyabr 2024, 14:00

Əsas xəbərlər, Ölkə futbolu “D” kateqoriyalı məşqçi kurslarına start verilib

28 Noyabr 2024, 19:16

Əsas xəbərlər, Ölkə futbolu Əliyar Ağayevə beynəlxalq təyinat

26 Noyabr 2024, 9:45

Əsas xəbərlər, Ölkə futbolu AFFA rəsmisi “Kopenhagen”in oyununda

25 Noyabr 2024, 18:25

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью