“Neftçi” və “Qarabağ” futbolçuları millimin məşqinə qatılmayıblar SƏBƏB İdman və Biz

25.11.2024

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

İdman.biz xəbər verir ki, Murad Məmmədov (“Neftçi”) və Şahismayıl Cəfərli (“Qarabağ”) zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.

Onların əvəzinə İbrahim Babayev (“Zirə”) və İsa Hüseynov (“Şamaxı”) komandaya qoşulublar.

Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью