Neftçi və Qarabağ oyunlarının vaxtı AÇIQLANDI

24.12.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin ilk oyunlarının vaxtı müəyyənləşib.

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XIX turun matçları 17-19 yanvar aralığında baş tutacaq.

“Qarabağ” – “Şamaxı” qarşılaşması yanvarın 17-də, “Neftçi” – “Sabah” görüşü isə yanvarın 19-da gerçəkləşəcək.

Misli Premyer Liqası

III dövrə

XIX tur

17 yanvar (cümə)


19:00. “Qarabağ” – “Şamaxı”


Tofiq Bəhramov adına Respublika Stadionu


18 yanvar (şənbə)

16:00. “Zirə” – “Araz-Naxçıvan”


Zirə İdman Kompleksinin stadionu


18:30. “Sumqayıt” – “Səbail”


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 yanvar (bazar)

16:00. “Kəpəz” – “Turan Tovuz”


Tovuz şəhər stadionu
18:30. “Neftçi” – “Sabah”


“Neftçi Arena”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью