“Neftçi” və “Qarabağ”ın futbolçuları millinin heyətindən çıxarıldı Yeni Çağ Media

25.11.2024

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

On səkkiz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

AFFA-dan Yenicag.az-a verilən məlumata görə, “Neftçi”nin futbolçusu Murad Məmmədov və “Qarabağ”ın üzvü Şahismayıl Cəfərli zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.

Onların əvəzinə “Zirə”dən İbrahim Babayev və “Şamaxı”dan İsa Hüseynov komandaya qoşulublar.

Qeyd edək ki, U-18 millisi dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью