“Neftçi” və “Qarabağ”ın futbolçuları millinin heyətindən çıxarılıb AZƏRTAC

25.11.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 noyabr, AZƏRTAC

On səkkiz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, “Neftçi”nin futbolçusu Murad Məmmədov və “Qarabağ”ın üzvü Şahismayıl Cəfərli zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar. Onların əvəzinə “Zirə”dən İbrahim Babayev və “Şamaxı”dan İsa Hüseynov komandaya qoşulublar.

Qeyd edək ki, U-18 millisi dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью