“Neftçi” və “Qarabağ”ın futbolçularının komandası məğlub olub

07.06.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

DÇ-2026-nın seçmə mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, Misli Premyer Liqası təmsilçilərindən "Qarabağ" və "Neftçi"nin futbolçuları da növbəti matçlarına çıxıblar.

Ağdamlıların üzvləri Marko Yankoviç və Marko Veşoviç, həmçinin "ağ-qaralar"ın yarımmüdafiəçisi Edvin Kuçun şərəfini qoruduğu Monteneqro millisi Çexiya ilə qarşılaşıb.

Robert Prosineçkinin yetirmələri görüşdən xalsız ayrılıblar - 0:2.

Hər üç futbolçu meydana start heyətində çıxıb. Kuç 62, Veşoviç 84 dəqiqə meydanda olub. Yankoviç isə sonadək oynayıb.

Qeyd edək ki, Monteneqro millisi 3 oyundan sonra 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. 

UEFA Millətlər Liqası: Portuqaliya finalda - YENİLƏNİB Çempionlar Liqasının rəmzi komandası müəyyənləşib PSJ Çempionlar Liqası tarixinə düşdü - Turnirdə ilk dəfə ÇL: “İnter” darmadağın oldu - PSJ çempion - YENİLƏNİB Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava - FOTO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью