“Neftçi” və “Qarabağ”ın sabiq müdafiəçisi “Karvan”a keçir?

10.07.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının sabiq müdafiəçisi, ötən mövsümü “Qəbələ”də keçirmiş Elvin Yunuszadə yeni mövsümə böyük ehtimalla Premyer Liqada başlayacaq.

Apasport.az saytına verilən məlumata görə, təcrübəli müdafiəçi artıq “Karvan”ın məşqlərinə qoşulub. 

Məşqçilər korpusu Yunuszadənin təcrübəsinə güvənərək, onu düşərgəyə dəvət ediblər. 

Tərəflər arasında yekun razılıq olarsa, Yunuszadə “Karvan”la bir illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, 32 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Çelik”(Bosniya və Herseqovina), “Şkupi”, “Keşlə”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” klublarının formasını geyinib.

Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq quruma üzv qəbul edilib Elmar Baxşıyev: “Rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik” Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ “Araz-Naxçıvan” Türkiyə klubunu darmadağın etdi - 14:0 Voyislav Stankoviç: "Legioner limitinin ləğvi..."
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью