“Neftçi” və “Sabah” final seriyasında ikinci oyuna çıxacaq

04.05.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edəcək.

İdman.biz xəbər verir ki, bu gün həlledici mərhələnin ikinci oyunu baş tutacaq.

Son çempion “Sabah” Bakı İdman Sarayında “Neftçi”ni sınağa çəkəcək. Rimas Kurtinaytisin komandası 1-ci görüşdə “ağ-qaralar”ı 94:89 hesabı ilə məğlub edib.

Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda çempion olacaq. Növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də keçirilməsi planlaşdırılır.

Azərbaycan Basketbol Liqası
Final, 2-ci oyun
4 may
14:00. “Neftçi” – “Sabah”

Bakı İdman Sarayı

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью