Neftçi və Turan Tovuz klubları cərimələndi

19.11.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 13-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

"Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью