Neftçi və Turan Tovuz klubları cərimələnib

19.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

AFFA İntizam Komitəsi "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Şamaxı" ilə heç-heçə (2:2) etdikləri Premyer Liqanın XIII turunun matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

Tovuz təmsilçisi isə "Səbail"lə bərabərə qaldığı (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatından eyni məbləğdə ziyana düşüb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью