“Neftçi” və “Xilasedici” revanş arzusunda

18.04.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün kişi voleybolçular arasında Yüksək Liqaya yekun vurulacaq.

İdman.biz xəbər verir ki, ikinci oyunlar GİN-in Voleybol Mərkəzində keçiriləcək.

İlk finalçı “Xilasedici” - “Azərreyl” qarşılaşmasında bəlli olacaq. Digər matçda isə “Neftçi” “Murov Az Terminal”dan revanş almağa çalışacaq.

Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.

Yüksək Liqa (kişilər)
İkinci oyunlar
18 aprel
15:00. “Xilasedici” - “Azərreyl”

GİN-in Voleybol Mərkəzi
İlk oyun – 0:3

17:00. “Neftçi” - “Murov Az Terminal”
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 0:3

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью