“Neftçi” və “Zirə” “Turan Tovuz”un hücumçusunu transfer etmək istəyir

31.01.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

"Turan Tovuz"un hücumçusu Otto Cona bir neçə klubdan təklif gəlib.
Bizim.Media xəbər verir ki, nigeriyalı futbolçu birdən-birə iki klubun maraq dairəsinə düşüb.
Ottonu heyətinə qatmaq istəyən komandalardan biri "Zirə", digəri "Neftçi"dir.
Otto isə ən azından yaya qədər "Turan Tovuz"da qalmağa üstünlük verib.
Nigeriyalının 2023-cü il iyulun 1-də “Turan Tovuz”a keçmişdi. Onun bu klubla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
27 yaşlı futbolçu “Skenderbeu”, “Trepça”, “Priştina”, “Dukaqjini” klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью