“Neftçi” xarici baş məşqçi ilə anlaşdı, oğlunu da köməkçi gətirir | Icma.az
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Neftçi" yeni baş məşqçi təyinatına hazırlaşır.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Yuri Vernidubla bir həftədən çoxdur davam edən danışıqlar yekunlaşıb.
Ukraynlı mütəxəssislə 1,5 illik müqavilənin müddəti və maliyyə şərtləri konteksində razılıq əldə olunub.
59 yaşlı baş məşqçinin təkcə Azərbaycana gəlməsi qalıb ki, bu problem də həllini tapmaq üzrədir.
O, xüsusi icazə məktubu əsasında Ukraynanı tərk edə biləcək.
Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və ilkin razılıq alınıb.
Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi.
Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.
Tam oxu
Xəbəri oxu