“Neftçi” “Xilasedici”yə qarşı

21.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bu gün kişi voleybolçuların Yüksək Liqasında ilk mükafatçı bəlli olacaq.

İdman.biz xəbər verir ki, “Xilasedici” və “Neftçi” üçüncü yer uğrunda ikinci oyuna çıxacaq.

Qarşılaşma GİN-in Voleybol Mərkəzində keçiriləcək. Bir gün əvvəl rəqibini quru hesabla məğlub edən “Xilasedici” bürünc medal qazanmaq üçün ən azı 2 setdə qalib gəlməlidir. “Neftçi” isə xilas olmaq üçün matçı “Qızıl set”ə daşımalıdır.

Qeyd edək ki, çempionluq uğrunda aprelin 22-də və 25-də keçiriləcək matçlarda “Azərreyl” “Murov Az Terminal”la qarşılaşacaq.

Yüksək Liqa (kişilər)
Üçüncü yer uğrunda oyun, ikinci oyun
21 aprel
17:00. “Xilasedici” - “Neftçi”

GİN-in Voleybol Mərkəzi
İlk oyun – 3:0

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью