“Neftçi” xorvat futbolçu gətirir

31.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Şotlandiyanın “Dandi Yunayted” klubunda çıxış edən Viçko Sevely ilə anlaşıb. Bu barədə “The Courier Sport” portalı məlumat yayıb.

Sol cinah müdafiəçisi “Dandi Yunayted”in çempionatda “Klimarnok”la matçında iştirak etməyib. 25 yaşlı futbolçu “Neftçi” ilə danışıqlar aparmaq üçün Azərbaycana gələcək.

Müdafiənin mərkəzində və sol cinahında oynamağı bacaran xorvat oyunçunun “transfermarkt”da dəyəri 700 min avrodur.

Viçko ölkəsində “Dubrovnik”in yetirməsidir. O, “Hayduk”da Bosniyada “Sarayevo”, Rusiyada “Akron”, Sloveniyada “Radomlye” kimi klublarda da forma geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью