“Neftçi” yenə məğlub oldu

28.10.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Neftçi” basketbol klubunun FIBA Avropa Kubokunun qrup mərhələsindəki uğursuz seriyasını davam edir

Futbolpress.az xəbər verir ki, H qrupunun IV turu çərçivəsində Bakı İdman Sarayında Rumıniyanın “Oradea” komandasını qəbul edən paytaxt təmsilçisi növbəti yenilgi ilə üzləşib. Görüş qonaqların 99:83 hesablı üstünlüyü ilə yekunlaşıb.

Bu nəticədən sonra qrupda keçirdiyi dördüncü matçdan da məğlub ayrılan “ağ-qaralar” 4 xalla turnir cədvəlinin dibində qərarlaşıblar.

Bakılılar bunadək keçirdikləri qarşılaşmalarda İsveçrənin “Fribur Olimpik” (73:78), Yunanıstanın “Mikonos” (58:78) və Latviyanın VEF (94:110) klublarına uduzmuşdular.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью