Neftçi yenə məğlub oldu

10.12.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi" cari mövsüm Azərbaycan Basketbol Liqasında keçirdiyi 6-cı oyunda da məğlub olub. Sport24.az xəbər verir ki, A qrupunda yer alan "ağ-qaralar" VI turda "Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 83:72.

Xallarının sayını 11-ə çatdıran "Naxçıvan" 1-ci pillədə qərarlaşıb. 6 xalı olan "Neftçi" altıncıdır.

Qeyd edək ki, günün digər matçında "Sabah" "Sərhədçi"nin müqavimətini qırmağa çalışacaq. Turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью