“Neftçi” yenə qələbə qazana bilmədi

22.08.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış oyununda “İmişli” Şamaxıda “Neftçi” ilə üz-üzə gəlib.

Oyunu Rauf Cabbarov idarə edib. Qarşılaşma qolsuz yekunlaşıb.

Qeyd edək ki, Bakı təmsilçisi ötən tur “Şamaxı” ilə qarşılaşmadan da heç-heçə ilə ayrılmışdı.

Son çempion “Qarabağ” isə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.

“Kəpəz” – “Karvan-Yevlax” oyunu 23 avqustda, “Şamaxı” – “Sabah” və “Turan Tovuz ” – “Araz-Naxçıvan” oyunları 24 avqustda, “Qəbələ” – “Zirə” matçı isə 25 avqustda keçiriləcək.

Azərbaycan Premyer Liqası
2-ci tur
22 avqust

“İmişli” – “Neftçi” 0:0
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
Şamaxı şəhər stadionu, 17:00.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью