Neftçi yenə qələbəyə həsrət qaldı

22.07.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" növbəti yoxlama matçında bərabərə qalıb.

"Football-plus.az" xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə heç-heçə edib. “Sportovi novini” stadionunda baş tutan qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqlənib. "Ağ-qaralar"ın qollarını Freddi Varqas və Bassala Sambou vurub.
Qeyd edək ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1. "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Cənubi Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью