Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir. Misli Premyer Liqasının XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib.
Metbuat.az report-a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb.
Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sumqayıt" altıncı pillədə yer alıb.
"Neftçi" isə 13 xalla səkkizinci sırada qərarlaşıb.Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib.
"Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.