“Neftçi” yeni formasını təqdim etdi Şəkillər

27.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər

“Əfsanə zolaqlı” adını daşıyan 2026/27 mövsümünün ev oyun dəsti, “Neftçi”nin 90 illik tarixinə ehtiram əlaməti olaraq, klubun əfsanəvi ağ-qara zolaqlarını yenidən meydanlara qaytarır.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub tarixində ən çox istifadə olunan və “Neftçi” kimliyinin ayrılmaz simvoluna çevrilən zolaqlı forma yeni mövsümdən etibarən yenidən əsas ev forması kimi istifadə olunacaq.

“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada ağ rəngin üstünlük təşkil etdiyi klassik dizayn klubun zəngin keçmişi ilə gələcəyə olan iddiasını bir araya gətirir. Formanın boyun hissəsində “Neftçi”nin 90 illik yubileyinə həsr olunmuş xüsusi loqo yer alır. Bu detal klubun şanlı tarixini, nəsilləri birləşdirən irsini və yubiley mövsümünün ruhunu əks etdirərək formaya xüsusi məna qazandırır.


Yuxarı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью