Neftçi yeni forvardla danışıq aparır EKSKLÜZİV

21.01.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Premyer Liqada qış fasiləsi bitsə də elita klubları transfer çalışmalarını davam etdirir ki, onlardan biri də "Neftçi"di. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" yeni hücumçu axtarışındadı.

Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən, ortaya hər hansı problem çıxmasa, paytaxt klubu yaxın günlərdə kolumbiyalı forvardla anlaşa bilər. Onunla danışıqlar davam edir. Hazırda klubla futbolçu arasında maliyyə məsələləri barədə müzakirə gedir.

Qeyd edək ki, "ağ-qaralar" qış fasiləsində yapon Ryonosuke Ohori ilə anlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью