Neftçi yeni hücumçu ilə anlaşıb Artıq Bakıdadır

08.02.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirir.

İdman.biz Msport.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” ingiltərəli forvard Bassala Sambou ilə anlaşıb.

27 yaşlı futbolçu son olaraq Kiprin “Paralimni” klubunda çıxış edib.

“Koventri” Akademiyasının yetirməsi olan Sambou “Fortuna Sittard” (Niderland), “Randers” (Danimarka), “Kru Aleksandra”, “Oldham” (hər ikisi İngiltərə) komandalarının formasını geyinib. O, “Paralmini”də 43 oyunda 5 qol vurub.

Almaniyada anadan olan futbolçu artıq Bakıdadır və “Neftçi” yaxın saatlarda yeni transferini açıqlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью